2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Kreml Qarabağa qayıtmaq istəyən ermənilərə təhlükəsizlik vəd edir

Qaluzin: “Rusiya onların təhlükəsiz şəkildə qayıtmasına kömək etməyə hazırdır”

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Qarabağ erməniləri bölgəyə dönmək istəsələr, Moskva onların təhlükəsiz şəkildə qayıtmasına kömək etməyə hazırdır.

O qeyd edib ki, Qarabağa qayıtmaq istəyən ermənilərin təhlükəsizliyini təmin etmək vacibdir:

Saytların yığılması Saytlarin yigilmasi

“Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu baxımdan, geri qayıtmaq istəyənlərin hüquq və təhlükəsizliyini lazımi qaydada təmin etməklə, geri qayıtmaqlarına şərait yaratmaq vacibdir”.

Biz bu prosesə hər cür, o cümlədən iştirakı böyük əhəmiyyət kəsb edən Rusiya sülhməramlıları vasitəsilə kömək göstərməyə hazırıq”, – Qaluzin bildirib.

Kreml rəsmisi xatırladıb ki, 2023-cü il sentyabrın 19-20-də baş verən hərbi toqquşmalar nəticəsində Qarabağ tam Bakının nəzarətinə keçib.

Rusiyanın cəhdləri, həmçinin altı sülhməramlının həyatı bahasına, mülki əhali arasında əhəmiyyətli itkilərin qarşısı alınıb:

Sülhməramlı kontingentin fəal vasitəçiliyi ilə 2023-cü il sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub və Qarabağın erməni əhalisinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında danışıqlar aparılıb. Sülhməramlılarımız mülki şəxsləri sığınacaqla təmin edib, humanitar yardım çatdırıb, tibbi təxliyyə təşkil ediblər”.

Mixail Qaluzin. Foto: mid.ru

Qaluzin vurğulayıb ki, hadisələr təsadüfən baş verməyib.

Ermənistan tərəfi 2022-ci ilin oktyabrında Praqada Avropa İttifaqının himayəsi altında keçirilən sammitdə Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı onun tərkib hissəsi kimi tanıyıb.

Amma regionun erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi həll olunmamışdı. İndi Qarabağ Azərbaycanın hüquqi müstəvisinə inteqrasiya olunur”, – Qaluzin qeyd edib.

O həmçinin deyib ki, Rusiya Azərbaycanda və Ermənistanda konsul iştirakının genişləndirilməsi üzərində işləyir.

“Bu, ortaq tariximiz və mədəniyyətimiz olan dost ölkələrdir”, – rusiyalı diplomat qeyd edib.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button