Loading...
Loading...
Cəmiyyət

Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

Xəbər verdiyimiz kimi, ötən gün Lotu Quliyə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev də daxil olmaqla 4 azərbaycanlı və “Şirinlər” dəstəsinin 9 üzvü məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo” proseslə bağlı maraqlı faktlar əldə edib. Belə ki, məhkəmə prosesi bir neçə saat davam edib. Daha sonra hakimlər müşavirə otağına keçiblər. Dörd saat davam edən müşavirənin sonunda hakimlər bütün kriminal dəstə üzvlərinin həbsinə qərar veriblər.

Beləliklə də, aralarında polkovnik Namiq Canıyev də olmaqla 13 nəfər haqda həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dünən dəstə üzvlərinin məhkəmə qarşısına çıxarılan zaman çəkilən görüntüləri yayılıb. Onu da əlavə edək ki, sıradakı sonuncu şəxs Namiq Canıyevdir.

Xatırladaq ki, azərbaycanlı polkovnik ötən il Beşiktaşda güllələnərək qətlə yetirilən qardaşı Rövşənin qisasını almaq üçün Şirinlər dəstəsinə 5 milyon dollar vermişdi.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button