2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Lələtəpə döyüşünün iştirakçısı vitse-prezidentdən kömək umur

Lələtəpə döyüşünün iştirakçısı, Beyləqan rayon sakini, hazırda Beyləqan Hərbi Birləşməsinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi qulluqçusu Azər Aslanov xərçəngdən əziyyət çəkir. O, müalicəyə lazımlı maddi vəsaitə görə birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

“Yaxın günlərdə məni tərxis edəcəklər”

Saytların yığılması Saytlarin yigilmasi

Hərbçi yazır ki, bir müddət müalicə aldığı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında ondan götürülən qan analizində limfa xərçəngi aşkarlanıb və o, müalicə üçün Milli Onkologiya Mərkəzinə göndərilib. Bədəninin ağciyər orqanı yaxınlığında yerləşən limfada xərçəng xəstəliyinin aşkar olunması Milli Onkologiya Mərkəzində təsdiqini tapıb və ilkin müalicəyə gərəkli yardımlar göstərilib. Xəstə mərkəzdə 5 gün stasionar müalicə aldıqdan sonra evə buraxılıb. Ancaq maddi imkansızlığından, müalicənin növbəti mərhələsini keçə bilmir:

“Milli Onkologiya Mərkəzinin həkimləri müalicəmin maddi imkanlarıma bağlı olduğunu deyirlər. İki övlad atasıyam, ailəmin sosial durumu ağırdır, müalicə üçün tələb olunan maddi vəsaiti əldə etməyim mümkün deyil. Hazırda qulluq etdiyim N saylı hərbi hissənin yarıqat əməkhaqqından başqa gəlir yerim yoxdur. Xəstəliyimlə əlaqədar qulluq etdiyim N saylı hərbi hissədən yaxın günlərdə məni tərxis edəcəklər. Beləcə, müalicəmə heç cür maddi imkan əldə edə bilməyəcəyəm”.

Hərbi qulluqçu vitse-prezidentdən müalicəyə əl uzatmasını istəyir. O, müraciətində belə də qeyd edir:

“…Hörmətli Mehriban Əliyeva! Sizdən Azərbaycan Milli Ordusunun hərbiçisi kimi, vətəndaş kimi, 2 övlad atası kimi xahiş edirəm ağır xəstəliyimin müalicəsi üçün mənə kömək göstərəsiniz. Həkimlərimiz bu ağır xəstəliyin ölkəmizdə və xaricdə müalicə olunaraq bir müddət yaşamağın mümkün olduğunu deyirlər”.

“Mərkəzin rəhbərliyinə müraciət etsin”

Milli Onkologiya Mərkəzindən bildirilib ki, Mərkəzdə müalicə prosedurları pulsuzdur: “Burada hansısa prosedura hansısa xəstədən pul istənilibsə, Mərkəzin rəhbərliyinə müraciət etsin, araşdırılsın”.

Səhiyyə Nazirliyindən də eyni söz deyilib. Bildirilib ki, dövlət səhiyyə müəssisəsində xəstəyə pullu xidmət göstərilibsə, quruma rəsmi müraciət edə bilər.

azadliq.org

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button