2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb

Yanvarın 29-u axşam saatlarında Laçın şəhərinə daha 23 ailə və ya 72 nəfər köçürülüb.

Toplum TV xəbər verir ki, köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yola salınıb.

Bununla da sonuncu köç də nəzərə alınmaqla Laçın şəhərinə ümumən 431 ailə (1627 nəfər) köçürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəl yanvarın 29-da daha 27 ailənin Füzuli şəhərinə köçürüldüyü və onlara mənzillərin açarlarının təqdim olunduğu açıqlanmışdı.

Bununla da Füzuli şəhərində 527 ailənin daimi məskunlaşmasının təmin edildiyi açıqlanmışdı.

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button