2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Lavrov: “Rusiya Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdır”

“Rusiya Cənubi Qafqaz regionunda sabitlik və sülhün olmasında maraqlıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla görüşündə deyib.

“İnanırıq ki, liderlərimiz arasında əldə olunmuş razılaşmalara alternativ yoxdur. Vəziyyətin sabitləşməsi ilə bağlı qərarların həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bu və ya digər şəkildə bu regionda iştirak etməkdə maraqlı olan bütün digər ölkələr onlara hörmətlə yanaşacaqlar”, – o qeyd edib.

Rusiya XİN başçısı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsinin vacibliyini də vurğulayıb.

“Humanitar problemlərin həlli, iqtisadi və nəqliyyat əlaqələrinin açılması, hər iki tərəfin fəal işlədiyi sülh müqaviləsinin mətninin razılaşdırılması zərurəti var. Buraya ekspertlər, ictimai təşkilatlar və parlamentarilər vasitəsilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini də əlavə edərdim. Daha əvvəl belə bir təcrübə var idi. Hesab edirəm ki, bu, tərəflər arasında etimadın yaradılmasında əlavə addım kimi çox vacibdir”, – S.Lavrov bildirib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button