2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Lerikdə şikayətçinin həyat yoldaşı şantaj edilir

Lerik rayonunun Soru kənd sakini Həsənov Rasim Həsən oğlu evinin qəzalı vəziyyətdə olması, Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyasının bununla bağlı qərar verməsi, amma bu qərara rəğmən rayon icra hakimiyyətinin, ona evinin bərpasına kömək etməməsindən şikayətçidir.

Rasim Həsənov bununla bağlı video-material hazırlayaraq, şikayətini feysbuk vasitəsilə ictimailəşdirdirib. Bundan bir gün sonra onun məktəbdə xadimə işləyən həyat yoldaşı məmurların şantajı ilə üzləşib.

Həmin video material şəbəkədə gənc bloger Azər Kazımzadənin səhifəsindən paylaşılıb. Azər Kazımzadə bildirir ki, həmin videonu yaymaqla, öz probleminin həllinə çalışan Rasim Həsənov, əksinə, təzyiqlə üzləşib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu video-materialda Həsənov Rasim öz evinin bərbad vəziyyətdə olduğunu və Fovqalədə Hallar komissiyasının da bu haqda muafiq sənədi olduğunu qeyd etmişdi. Bu video-material səhifəmdə yerləşdirəndən dərhal sonra Lerik Rayon İcra hakimiyyəti və Rayon Təhsil şöbəsindən Həsənov Rasimə hədə qorxu gəliblər ki, Azərin səyfəsindən o videonu sildir ki, mətbuatda getməsin”, – Azər Kazımzadə bildirib.

“Dərhal da yoldaşının maaş kartı dodurulub. Yoldaşı Soru kənd tam orta məktəbində xadimə işləyir və 50 manat əmək haqqı alır. Təhsil şöbəsində ona deyirlər ki, o video-material silinməlidi, yoxsa sənin üçün çox pis nəticəsi olacaq. Sən dövlət əleyhinə danışmısan. Halbuki, Həsənov Rasim orda öz problemindən danışır və hər hansı dövlət əleyhinə heç bir söz işlətməyib”.

Azər Kazımzadə bildirib ki, bu şantajı edən şəxs təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovdur.

Lerikdə məmurların yuxusunu qaçıran video-materiala aşağıdakı linkdən baxa bilərsiz:

https://m.facebook.com/story.php?story_fbid=1043230495790030&id=100003092692378&ref=bookmarks

Bastainfo.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button