Loading...
Loading...
Siyasət

Lion məhkəməsi Qarabağ separatçıları ilə razılaşmaların qanunsuz olduğunu təsdiqləyib

Bakı/27.08.21 Lion Apellyasiya Məhkəməsi Fransa şəhərlərinin merlərinin Şuşada və Xocavənddə Qarabağ separatçılarının “administrasiyaları” ilə imzaladıqları sazişlərin ləğv edilməsi barədə birinci instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayıb. Bu barədə Azərbaycanın Fransadakı səfirliyi bildirib.

Əsasən Burq-le Valans (5 oktyabr 2014-cü il), Desin-Şarpye (25 sentyabr 2017-ci il) və Sent-Etyen (21 oktyabr 2018-ci il) merlərinin imzaladıqları sazişlər qüvvədə deyil.

Bundan öncə bu qərarlar Grenoble (6 iyun 2019-cu il) və Lionun (19 sentyabr 2019-cu il) inzibati məhkəmələri tərəfindən qanunsuz sayılıb. Lakin erməni lobbisi qərarlardan apellyasiya instansiyasına etiraz edib. Lion Apellyasiya Məhkəməsinin qərarı qətidir və artıq şikayət verilə bilməz.

Fransa məhkəmələri etiraf ediblər ki, merlərin qərarları Fransa Konstitusiyasına ziddir və beynəlxalq öhdəlikləri pozublar. Azərbaycanın Fransadakı səfirliyinin səylərilə Fransa şəhərlərinin Qarabağ separatçıları ilə 10 “xartiya və sazişi” ləğv edilib.

Məhkəmələrdə daha üç qanunsuz xartiya üzrə iddia var. Azərbaycan tərəfi 2020-ci ilin payızında 44 günlük müharibə zamanı qəbul edilmiş daha 13 qanunsuz aktın ləğvi üzrə tədbirlər görür. –06D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button