2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Lui Bononun regiona səfəri

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyini, davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün növbəti bir neçə həftə ərzində regionda səfərdə olacaq.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

“Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır. O, həm Azərbaycana, həm də Ermənistana səfər edəcək. ABŞ Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırdır”, deyə məlumatda vurğulanır.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, mayın 23-də Bono artıq Yerevanda sərhədin delimitasiyası məsələləri üzrə dövlət komissiyasının sədri, baş nazirin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər keçirib. Görüşlərdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə, o cümlədən sülh müqaviləsi layihəsinin əsas məsələlərinə yanaşmalara və onların razılaşdırılması səylərinə toxunulub.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button