2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Lukaşenko: Qafqaz regionu ilə bağlı Əliyevlə müzakirə olunmuş plan var

Belarus prezidenti Qafqaz regionu ilə bağlı bu yaxınlarda Bakıya səfəri zamanı müzakirə etdiyi bir plan təklif edir. O, bu barədə bu gün Minskdə rəsmi səfərdə olan RF prezidenti Vladimir Putinlə görüşündə bildirib.

“Mənim bizim regionumuz və Qafqaz regionu ilə bağlı maraqlı təkliflərim var, Azərbaycana səfərim zamanı biz bu planları çox ciddi şəkildə müzakirə etdik”, deyə BELTA dövlət agentliyi Lukaşenkodan sitat gətirir.

O, bu planın nədən ibarət olduğunu açıqlamayıb. Rəsmi Bakı da 20-21 may tarixlərində Lukaşenkonun Bakıya səfəri zamanı hansısa planın müzakirə olunduğu haqqında məlumat yaymayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Belarus lideri səfərin yekunlarına dair brifinqdə deyib ki, hələ İkinci Qarabağ müharibəsindən əvvəl bu məsələni İlham Əliyevlə müzakirə edib.

“Biz regionlarda təhlükəsizlik məsələlərini müzakirə edirdik. İlham Heydər oğlu mənə burada, hərəkətli regionda nə baş verdiyi haqqında ətraflı məlumat verdi. Və şükür Allaha, burada Azərbaycanın şəxsində çox güclü, normal lider peyda oldu. Siz Qafqaz regionuna nəzarət etmək iqtidarındasınız”, deyə Lukaşenko bildirib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button