2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmaqdan yenə imtina edib

Bakı/10.01.24/Turan: Yanvarın 10-da  Bakı Apellyasiya Məhkəməsində iqtisadçı-alim Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasından imtinaya dair vəsatətə baxılıb.

Vəkil Şəhla Hümbətova Turan-a bildirib ki, məhkəmə vəsatəti təmin etməyərək Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəsatət ondan ibarət olub ki, İbadoğlunun həbsindən altı ay keçsə də, onunla istintaq hərəkətləri aparılmır. Eyni zamanda, istintaq təcridxanasında İbadoğlunun səhhəti getdikcə pisləşir.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil təəssüflə bildirib ki, məhkəmələr İbadoğlunun ev dustaqlığına buraxılması və  müalicə müəssisəsinə göndərilməsi barədə vəsatətləri təmin etmirlər.  Vəkilin sözlərinə görə, buna istintaq etiraz edir.

Ötən il iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə həbs edib. O, saxta pulların satışında (Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi), həmçinin 167-3.1 maddə (ekstremizmyönlü materialların saxlanması və yayılması) ilə ittiham olunub.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunu azad etməyə çağırıblar.-16D06-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button