Loading...
Loading...
Cəmiyyət

Məktəbli qıza zorakılıq edib videoya çəkənlər haqda qərar verildi

Bərdədə məktəbli qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslər həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edən 3 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bərdənin kəndlərindən birində qapalı yerdə 14 yaşlı qıza qarşı edilmiş seksual xarakterli hərəkətlərin görüntüləri yayılıb. Faktla bağlı cinayət işi başlanılıb. Zorakılığa məruz qaldığı bildirilən və videosu yayılan məktəbli qızın ailəsi övladlarının şantaj edildiyini, hazırlığa getdiyi vaxt bəzi kənd sakiləri tərəfindən hədələnərək belə bir əmələ məruz qaldığını deyiblər. (Qafqazinfo)

24 saat” “Məktəbli qıza zorakılıq edib videoya çəkənlər haqda qərar verildi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Azərbaycanda İcra Hakimiyyəti binasında qadını həbs etdilər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button