Loading...
Loading...
Texnologiya

Məşhur analitik: 'Heç bir ekran çıxıntısına sahib olmayan iPhone 2024-cü ildə təqdim ediləcək'

    Apple şirkətinin heç bir ekran çıxıntısına sahib olmayan iPhone modelini təqdim edəcəyi barəsində məlumatlar artıq uzun müddətdir ki, ortaya çıxır. Məşhur analitik Ming-Chi Kuo-nun fikrincə bu, 2024-cü ildə baş verəcək. Onun sözlərinə əsasən iPhone 16 Pro modelləri ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera ilə təchiz olunacaqlar. Məhz bunun sayəsində ekran üzərindəki çıxıntı hissədən imtina etmək mümkün olacaq. “Mən düşünürəm ki, tam ekranlı iPhone modeli 2024-cü ildə təqdim ediləcək. 2024-cü ildə təqdim ediləcək flaqman iPhone modelləri ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera və Face ID texnologiyası ilə təchiz olunacaqlar” – deyə analitik qeyd edib. Analitikin yeni proqnozu əvvəlki bəyanatına əsaslanır. Belə ki, daha öncə analitik qeyd etmişdi ki, ekrana inteqrasiya edilmiş Touch ID texnologiyası Apple şirkətinin qısamüddətli planları arasında mövcud deyil.

    Digər insayderlərin də fikirlərinə əsasən ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera məhz iPhone 16 Pro modellərində reallaşdırılacaq. Bununla belə həmin smartfonlarda Touch ID texnologiyası mövcud olmayacaq. Analitik güman edir ki, Apple şirkətinin Face ID texnologiyasının ekranın alt hissəsinə inteqrasiya edilməsinin 2024-cü ilə kimi təxirə salmağı texniki çətinliklər ilə bağlı deyil. Məsələ şirkətin marketinq siyasətindədir. Bununla belə heç istisna deyil ki, hal hazırda bu məsələ ilə bağlı mövcud olan texniki və proqram təminatı həlləri sadəcə olaraq Apple şirkətinin tələblərinə uyğun deyil. Buna görə də ön kamera ilə digər komponentlərin ekranın alt hissəsinə yerləşdirilməsi üçün nəzərdə tutulmuş texnologiyaların yaxşılaşdırılması yolunda şirkətə bir qədər zaman lazımdır.

Gözdən qaçırmayın:  Məşhur analitik: 'iPhone 14 avtofokus dəstəkli təkmilləşdirilmiş ön kamera ilə təchiz olunacaq'

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button