2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların sayı artırılıb

Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların sayı artırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Orkestri, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Cahangir Cahangirov adına Xor Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Həmin kollektivlərin cari ildə maliyyələşdirilməsi Azərbaycanın 2023-cü il dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan maliyyə yardımının strukturunda həmin musiqi kollektivlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş hədd çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında həyata keçiriləcək.

Mədəniyyət Nazirliyi və Maliyyə Nazirliyi Azərbaycanın 2024-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə alacaq və Qərardan irəli gələn digər məsələləri həll edəcək.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button