2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Məhkəmə "Abzas Media" jurnalistlərinin vəsatətlərini təmin etməyib

Yanvarın 18-də Bakı Apellyasiya Məhkəməsi “Abzas Media” onlayn nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı barəsində vəsatəti təmin etməyib. 

Toplum TV xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyilə keçirilən prosesdə Sevinc Vaqifqızının barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı  ilə əvəz edilməsi barədə şikayətə baxılıb. 

Hakim Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb və beləcə şikayət təmin olunmayıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil Elçin Sadıqov bildirib ki, Sevinc Vaqifqızı da prosesdə iştirak edib.

Bu gün həmçinin Xətai Rayon Məhkəməsi “Abzas Media”nın həbsdə olan digər jurnalisti Nərgiz Absalamovanın şikayətinə baxıb və jurnalistin ailə üzvlərilə görüşlərinə, telefon danışıqlarına icazə verilməməsinə dair şikayəti təmin etməyib.

Vəkil Şəhla Hümbətovanın açıqlamasına görə, Nərgiz Absalamova məhkəmə prosesinə gətirilməyib. 
 
Vəsatətin təmin edilməməsinə səbəb kimi bunun “cinayəti törətmiş başqa şəxslərin ifşa edilməsinə maneçilik törədə biləcəyi” göstərilib. Şəhla Hümbətovanın sözlərinə görə, jurnalistin qohumlarıyla ünsiyyətdən tamamilə məhrum edilməsi əsassızdır, çünki görüşlər nəzarətçilərin müşahidəsi altında da keçirilə bilər. 
Vəkil bu qərardan apellyasiya şikayəti verəcəklərini bildirib. 

Qeyd edək ki, bir müddət əvvəl “Abzas Media” onlayn nəşrinin 6 əməkdaşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi üzrə ittiham edilərək həbs olunublar. 

Jurnalistlər onlara qarşı irəli sürülən ittihamlarla razılaşmır və həbslərinin siyasi sifariş olduğunu bildirirlər. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button