2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə birinci qrup əlil olan fəalın şikayətini təmin etməyib

Mayın 22-də Bakı Apellyasiya Məhkəməsi hakim Fərid Əmirullayevin sədrliyi ilə Binəqədi Rayon Məhkəməsinin ictimai fəal, birinci qrup əlil Famil Xəlilovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməməsindən verilən şikayəti təmin etməyib. Məhkəmə fəalı həbsdə saxlayıb. Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək. 

Bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, Famil Xəlilovun səhhəti ağır olaraq qalır. “Famil özü məhkəmədə iştirak edirdi. O bildirdi ki, təcridxananın tibb məntəqəsində saxlanılır. Həbsdə olduğu 17 gündə çox əziyyət çəkdiyini məhkəmə heyətinin diqqətinə çatdırdı. Bildirdi ki, əlləri iflic olduğundan özü su belə içə bilmir. Ona-buna su ver deməkdən cana doyub. O, bu durumda həbsdə saxlanılmasını görünməmiş işgəncə adlandırdı”, deyə vəkil qeyd edib.  

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil deyib ki, Xəlilov həbsinin ictimai fəaliyyəti, hökuməti sosial şəbəkələrdə tənqid etməsi ilə bağlı olduğunu deyib. Fəal məhkəmədə bildirib ki, hər iki qolu iflic olduğu halda onun narkotik ticarətində ittiham olunması absurddur.

“O dedi ki, İsveçdə yaşadığı müddətdə hökumət onun müalicəsini, dərmanlarını və digər təminatlarını tam qarşılayıb. Deportasiya olunan zaman Azərbaycan Səhiyyə Nazirliyi öhdəlik götürüb ki, Familin müalicəsi, dərman və digər təminatı ilə bağlı bütün xidmətlərini qarşılaycaq. Ancaq o, 8 aydır Azərbaycandadır. Azərbaycan Səhiyyə Nazirliyi öhdəliyini yerinə yetirməyib”, deyə vəkil Famil Xəlilova istinadən qeyd edib.  

Xatırladaq ki, mayın 14-də Bakının Binəqədi Rayon Məhkəməsi Famil Xəlilovun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.

Vəkil bildirib ki, cinayəti sübut edəcək heç bir dəlilin olmamasına baxmayaraq, məhkəmə Xəlilovu həbsdə saxlayıb.

Xəlilov sığınacaq almaq ümidi ilə bir neçə il İsveçdə yaşayıb. İsveçdə onun vəziyyətini yüngülləşdirmək məqsədilə hər üç aydan bir xüsusi iynə vurulurmuş. Azərbaycana deportasiya edildikdən sonra o, tibbi yardımdan məhrum olub və vəziyyəti pisləşib.

Qollarının iflic olmasına baxmayaraq, Xəlilov sosial şəbəkələrdə fəal olub və kompüterdə ayaq barmaqları ilə yazıb. O, hakimiyyəti tənqid edirdi və insanları etiraz aksiyalarında iştiraka çağırırdı.

Xəlilov mayın 4-də saxlanılıb. Fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. İttiham sübut olunarsa o, 12 ilədək azadlıqdan məhrum edilə bilər.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button