2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Məhkəmə: Dövlətə xəyanətdə təqsirləndirilən ruhaniyə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan tanınmış ruhani Hacı Əli Behiştinin (Əliyev) cinayət işi üzrə məhkəməsi başa çatıb.

Toplum TV xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hacı Əli  Behişti 15 il azadlıqdan məhrum edilib. 

Binə qəsəbəsinin sakini olan Behişti ötən ilin aprelində həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə mühkimə olunurdu. 
İttihama görə, evində aparılan axtarış zamanı xarici xüsusi xidmət orqanları ilə əlaqədə olduğunu təsdiqləyən sənədlər aşkar edilib. Həmin sənədlərlə onun xarici xüsusi orqanlarla əməkdaşlığı təsdiqlənib. İttihama görə, Behişti 16 il əvvəl İranın Qum şəhərində həmin ölkənin xüsusi xidmət orqanı SEPAH-la əməkdaşlıq barədə razılığa gəlib. 2007-2014-cü illərdə Bakının Binə, Maştağa, Nardaran ərazilərindəki məscidlərdə olaraq İrana yaxınlığı ilə seçilən şəxslər barədə məlumatlar toplayıb, SEPAH-a ötürüb. Bunun müqabilində SEPAH-dan 2007-ci ildə 3 min, 2008-ci ildə 3 min, 2009-cu ildə 3 min, 2010-cu ildə 2 min, 2011-ci ildə 2 min, 2012-ci ildə 1500, 2013-cü ildə 1000 dollar alıb. Behişti məhkəmədə ittihamları qurama adlandırmışdı və ifadə verməkdən imtina etmişdi. Məhkəmə şahidləri dindirmişdi. Onların əksəriyyəti bildirirdi ki, Əli Əliyevlə İranın Qum şəhərində dini təhsil alıblar, tanışlıqları oradan başlayıb. Əli Əliyevə Behişti ləqəbi də elə Qumda verilib. 

Saytların yığılması Saytlarin yigilmasi

Behişti məhkəməyə bildirmişdi ki, vaxtilə Qumda birlikdə təhsil aldığı inanclılarla sonradan özünün yaratdığı icmada – Azərbaycan Ruhanilər Məclisində görüşür, dini mövzularda müzakirələr, fikir mübadilələri aparırlarmış. Ancaq bu görüşlərdə heç vaxt dövlətçilik əleyhinə danışılmayıb. O, icmanın maliyyə dayaqlarının İranda olmasıyla bağlı deyilənləri də inkar edib. 

Məhkəmə hesab edib ki, Behiştiyə qarşı ittihamlar məhkəmə yoluyla təsdiqini tapıb.
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button