2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə jurnalist N.Absalamovanın həbs müddətini daha 22 gün uzadıb

Mayın 25-də Bakının Xətai Rayon Məhkəməsində “Abzas Media” işi üzrə həbs edilən jurnalist Nərgiz Absalamova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

Vəkil Rövşanə Rəhimovanın sözlərinə görə, məhkəmə vəsatəti təmin edib və jurnalistin həbsinin daha 22 gün – iyunun 20-dək uzadılmasına qərar verib. Vəkil əlavə edib ki, bununla da Absalamovanın həbsdə saxlanma müddəti 6 ay 21 günə çatacaq.

Jurnalist həbs müddətinin əsassız olaraq uzadılmasına etiraz edib. O, həbs olunduqdan sonra barəsində ciddi istintaq hərəkətlərinin aparılmadığını bildirib. Yalnız xəttşünaslıq ekspertizası təyin edilib və onun rəyi  artıq hazırdır.

Saytların yığılması Saytlarin yigilmasi

Müdafiə tərəfi həmçinin qeyd edib ki, jurnalistin həbsdə saxlanması üçün heç bir hüquqi əsas yoxdur.

Vəkil Rəhimova bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Onun sözlərinə görə, jurnalist məhkəmədə saxlanma şəraitindən də şikayət edib.

“Hər dəfə məhkəmə binasında Nərgiz Absalamovanı saatlarla kiçik, qaranlıq,  siqaret qoxulu bir otaqda saxlayırlar ki, bu da onun narahatlığına səbəb olur. Bununla bağlı aidiyyatı orqanlara ayrıca şikayət edəcəyik”, – deyə vəkil qeyd edib.

* Xatırladaq ki, 20 noyabr 2023-cü ildən “Abzas Media”nın altı jurnalisti və media işçisi “valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs edilib. Onlar ittihamları rədd ediblər və cinayət işini korrupsiya faktlarının araşdırılması ilə əlaqələndiriblər. Belə ki, həmin faktlar “Abzas Media”da dərc olunub.

KİV-in müdafiəsi üzrə beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və KİV-ə təzyiqləri dayandırmağa çağırıblar.

  •  

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button