2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə Məhəmməd Kekalovu 4 ay müddətinə həbs edib

Vəkilin Turan agentliyinə verdiyi məlumata görə, görüş müstəntiqin iştirakı ilə baş tutub.

Eyni zamanda, Kekalov Rəhimovanın xidmətlərindən imtina edərək, artıq təyinatlı vəkilinin olduğunu  söyləyib.

Kekalovun ailəsi tərəfindən müdafiəyə cəlb edilən  Rəhimova fəala bir neçə vəkilin olmasına imkan verən hüquqlarını izah edib. Lakin Kekalov imtinasını təkrarlayıb. Eyni zamanda o, cinayət törətmədiyini qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Rəhimova müstəntiqdən Kekalovla təklikdə danışmağa icazə verməsini xahiş etsə də, rədd cavabı alıb.

Öz növbəsində, təyin olunmuş vəkil Sənan Əsədov Turan-ın müxbirinə təsdiqləyib ki, Kekalov ona qarşı irəli sürülən ittihamları qəti şəkildə qəbul etmir.

Vəkil Əsədov bildirib ki, noyabrın 23-də axşam saatlarında Xətai Rayon Məhkəməsi Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Kekalov noyabrın 20-də saxlanılıb və o vaxtdan yalnız bu gün  fəalın ailəsi tərəfindən cəlb edilən vəkili Rəhimova onunla görüşə bilib.

Daxili İşlər Nazirliyi Kəkalovun “Abzas Media” rəhbərləri Ülvi Həsənli və Sevinc Vaqifqızının işi üzrə saxlanıldığını bildirib. Hər üç şəxs qaçaqmalçılıqda ittiham olunur. Həsənli və Vaqifqızı ittihamları rədd edərək, jurnalist araşdırmalarına görə təqib olunduqlarını bildiriblər. Bir çox beynəlxalq təşkilatlar onları dərhal azad etməyə çağırıb. -21V06-​

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button