2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə Mövsüm Səmədovun şikayətini təmin etməyib

”Ailəmin mənə göndərdiyi dərmanları vermirlər”

Saytların yığılması Saytlarin yigilmasi

İyunun 14-də Qaradağ Rayon Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun Qobustan həbsxanasına köçürülməsi ilə bağlı məhkəmə prosesi keçirilib. 

Meydan TV-yə məlumatı vəkil Yalçın İmanov verib. Bildirib ki, 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin təqdimatı əsasında keçirilən prosesə hakim Rəşad Mustafayev sədrlik edib. Məhkəmə Mövsüm Səmədovun 3 illik Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı hökm çıxarıb.

Y. İmanov hökmdən apelyasiya şikayəti verəcəklərini deyib. İclasda çıxış edən M. Səmədov isə bildirib ki, o, heç bir tənbeh cəzasına səbəb olan əməl törətməyib və müəssisənin bu təqdimatı qərəzlidir:

“Mənim üçün cəzaçəkmə müəssisəsi ilə həbsxananın heç bir fərqi yoxdur. Bir sıra xəstəliklərdən əziyyət çəkirəm. Ailəmin mənə göndərdiyi dərmanları vermirlər”. 

Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə hakimiyyətin siyasətini sərt tənqid edib. Bu hadisədən 5 gün sonra, 7 yanvar 2011-ci ildə saxlanılıb. Polisə tabesizlik maddəsi ilə 13 sutka inzibati həbs edilib. 13 sutkalıq həbs cəzası bitəndən sonra ona qarşı qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla cinayət işi açılıb. 12 il həbs cəzası alıb. 

Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb. 2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustan Qapalı Rejimli həbsxanasına köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb. Mövsüm Səmədova bir neçə dəfə “kars” cəzası veriləndən sonra həbsxana rəisi Rauf Məmmədov onun Qobustan Qapalı Həbsxanasına köçürülməsi ilə bağlı təqdimat verib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button