2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Məhkəmə  Qubad İbadoğlununun vəsatətini yenə rədd edib

Yanvarın 10-da  Bakı Apellyasiya Məhkəməsində iqtisadçı-alim Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasından imtinaya dair vəsatətə baxılıb.

Toplum TV xəbər verir ki, məhkəmə vəsatəti təmin etməyərək Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil Şəhla Hümbətova “Turan” informasiya agentliyinə açıqlamasına bildirib ki, İbadoğlunun həbsindən altı ay keçsə də, onunla istintaq hərəkətləri aparılmır. 
Eyni zamanda, o, istintaq təcridxanasında İbadoğlunun səhhətinin getdikcə pisləşdiyini qeyd edib. 

Vəkil təəssüflə bildirib ki, məhkəmələr İbadoğlunun ev dustaqlığına buraxılması və  müalicə müəssisəsinə göndərilməsi barədə vəsatətləri təmin etmirlər.  Vəkilin sözlərinə görə, buna istintaq etiraz edir.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button