2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə yenə Ələsgər Məmmədlini ev dustaqlığına keçirməkdən imtina edib

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin səhhətində ciddi problemlər olmasına baxmayaraq, mayın 24-də Bakının Xətai Rayon Məhkəməsi onu ev dustaqlığına keçirməkdən yenə imtina edib. Bu barədə Turan-a Məmmədlinin vəkili Aqil Layıc bildirib.

Məmmədinin səhhəti pisləşməkdə davam edir, bununla belə, məhkəmə müdafiə tərəfin vəsatətini təmin etməyib. Eyni zamanda, onun qalxanabənzər vəzindəki şişi müayinə etdirməsi üçün imkan yaradılmır. Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.

Bundan başqa, Məmmədliyə səmərəli tibbi yardımın təmin edilməsi üçün AİHM-yə ərizə verilib.

Saytların yığılması Saytlarin yigilmasi

* Xatırladaq ki, Toplum TV-nin təsisçisi martın 8-də əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən pul qaçaqmalçılığı ittihamı ilə həbs olunub.

Daha əvvəl, martın 6-da Toplum TV və Demokratik Təşəbbüslər İnstitutunun 7 əməkdaşı saxlanılıb. Onlardan beşi həbs olunub, digər ikisi polis nəzarətinə götürülüb.

Beynəlxalq təşkilatlar Toplum TV və digər Azərbaycan KİV-lərinin, xüsusən Abzas Media və Kanal-13-ün işi üzrə həbs olunmuş şəxslərin cinayət təqibinə son qoymağa çağırıb. 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button