2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Məhkəmədə Ziya Məmmədovun müşavirinin Akif Çovdarova pul verdiyi açıqlandı

“50 ədəd 10-luq, 10 ədəd 5-lik qızılı saxlamaq üçün qayınatama vermişdim”
“Deyirdi ki, “oğlunuzu ön cəbhəyə göndərib öldürdtürəcəm””
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin dələduzluqda təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. R. Əhmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R.Əhmədov vəkilin suallarını cavablandırıb. O qeyd edib ki, qızılları Ç. Baxşıyevin qızı Fatma Baxşıyevanın həyat yoldaşına verib və həmin gün onların evində xidmətçi qadın da olub.
 
“50 ədəd 10-luq, 10 ədəd 5-lik qızılı saxlamaq üçün qayınatama vermişdim”
Daha sonra prosesdə şahidlər ifadə verib. Ç.Baxşıyevin kürəkəni Mübariz Ələkbərov bildirib ki, yoxa çıxan əşyalar arasında onun da qızılları olub: “Mənim orda 50 ədəd 10-luq, 10 ədəd 5-lik qızılım vardı. “Xaricə tez-tez getdiyimiz üçün qızılları qayınatamgilə vermişdik. Qızılların harda olması, kimin kimə verməsini bilmirəm. Qayımatam Rövşənə çox etibar edirdi. Sonra dedilər ki, qızıllar yoxdur”.
R.Əhmədovun həyat yoldaşı Xanımqız Əhmədova ifadəsində deyib ki, əri ilə Ç.Baxşıyev arasında normal münasibətlər olub: “Bir gün Rövşən qara çantanda pul gətirdi və dedi ki, Ç. Baxşıyevin pullarıdır. Dəfələrlə olub ki, Ç. Baxşıyev bizə çantalarla külli miqdarda pullar əmanət edib. Mən həmişə yoldaşımın evə bu qədər pul gətirməsinə qarşı çıxmışam. Çünki pullar sayılıb verilmirdi. Qorxurdum ki, nəsə olar və heç nə bizim üstümüzdə qalmasın.
Sonuncu dəfə Rövşənə dedim ki, evdə olan qızılları aparıb qaytarsın. Qızımıza toy edəcəkdik. Rövşən də aparıb verdi. Toy günü də Çingiz Rövşənə zəng edib demişdi ki, yoldayıq gəlirik. Restorana Çingizin kürəkəni Mübariz gəldi. Dedi ki, “Çingiz müəllimin vəziyyəti ağırlaşıb, mədəsindən qan açılıb”. Elə Rövşən ordan çıxıb getmək istədi. Mən də dedim ki, toydan sonra gedərsən. Bu hadisədən sonra bir neçə dəfə Rövşən Çingizin yanına getdi. Amma Çingizi görə bilməmişdi. “Yaxşıdır” deyib yoldan qaytarıblar. Sonra görüşdülər. Rövşən mənə dedi ki, Çingizin vəziyyəti yaxşıdır”.
“Deyirdi ki, “oğlunuzu ön cəbhəyə göndərib öldürdtürəcəm””
Şahidin sözlərinə görə,  Çingiz xaricə gedib gəldikdən spnra aqressiv şəkildə Rövşəni yanına çağırıb. “Rövşən onlardan qanıqara qayıtdı. Çingiz Baxşıyev deyib ki, qızılları guya mən götürmüşəm. Məni ittiham edirdilər. Bizdə Çingiz Baxşyevin çantalarla əmlaklarının sənədləri olub. Bizə hər şeyi etibar edib. Necə oldu ki, birdən-birə oğurluq oldu?  Mən də onların evinə zəng elədim, soruçum ki, nə olub. Çingizin arvadı mənə dedi ki, “sən yaxşı bilirsən nə olub. Rövşəni itirmək istəmirsənsə, qızılları gətirib qaytarın”. Rövşən demişdi ki, “arvadım belə etməz, ziyarət adamıdır”. Çingiz də, “bunlar boş şeydir” deyib”.
X.Əhmədova bu hadisədən sonra Çingiz Baxşıyev tərəfindən hədələndiklərini, təhdid edildiklərini söyləyib. O, bildirib ki, Ç.Baxşıyevin şikayəti əsasında həyat yoldaşını həbs ediblər: “Çingiz bizi oğlumuzla da hədələyirdi. Deyirdi ki, “oğlunuzu ön cəbhəyə göndərib öldürdtürəcəm”. Rövşən dedi ki, şikayət edəcəm. Elə Rövşənin həbs edilmə səbəbi də bu şikayət etmək istəməsi oldu”.
“Belə qənaətə gəlmişəm ki, bu qədər pulu ancaq bu yolla qazanmaq olar”
Prokurorun suallarını cavablandıran X.Əhmədova bildirib ki, heç vaxt ərinin evə gətirdiyi pul və qızılların miqdarından xəbəri olmayıb: “Nə gətirdiyi pulların miqdarımdan,nə də qızılların çəkisindən xəbərim olub. Sonuncu dəfə qızılları gətirəndə də baxmadım. Rövşən özü evə qoyurdu. Özü də aparırdı. Mən heç kimin əmlakını, pulunu saymaq istəmirəm. Marağında da olmamışam”.
X.Əhmədova onu da iddia edib ki, sabiq nazir müşaviri narkotik alveri ilə də məşğul olub: “Çingiz Rövşənə deyirdi ki, Qırğızıstandan satmaq üçün ət gətirəcək. Buna görə milyonlar qazanacağıq deyirdi. Bu qədər pulu ət sagmaqla qazanmaq olardı?”.
X.Əhmədova prokuror Fərid Nağıyevin “siz narkotiki görmüsünüzmü” sualına cavabına deyib: “Narkotiki görməmişəm. Mən belə qənaətə gəlmişəm ki, bu qədər pulu ancaq bu yolla qazanmaq olar”.
“Pul Çovdarova çatmalı idi”
X.Əhmədova Çingiz Baxşıyevin hazırda həbsdə olan MTN generalı Akif Çovdarova külli miqdarda pul verdiyini də deyib. O, bu haqda həyat yoldaşı Rövşən Əhmədovdan eşitdiyini deyib. Dövlət ittihamçısının sualına əsasən Rövşən Əhmədov Akif Çovdarova pul verilməsi epizodu üzrə danışıb.
“Çingiz gecə vaxtı zəng elədi. Dedi ki, pul gəgir. Mən də bir qara çemodana yığdım. Dedim ki, gecədir. Bu vaxt necə gətirim. Çingiz qayıtdı ki, “elə bil ki, yanıram. Tez elə gətir”. Pul Çovdarova çatmalı idi. Mən də pulu Çingizin kürəkəni Mübarizə verdim” – deyə Rövşən Əhmədov söyləyib ki, çemodanda olan pulun məbləği 2 milyona yaxın olub.
Məhkəmə şahidlər Çingiz Baxşıyevin həyat yoldaşı və digər kürəkəni Ayazın gəlməsi üçün təxirə salınıb. Proses martın 15-də davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button