2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Mənsimovun həbsi siyasi məzmun daşıyır

Milli Şuranın sədri Cəmil Həsənli

Bəri başdan deyim ki, tanınmış iş adamı Mübariz Məsimovla heç bir tanışlığım yoxdur. Heç vaxt görüşməmişik və doğrusu buna heç ehtiyac da olmayıb. Onun haqqında məlumatları, xeyirxah əməlləri haqqında xəbərləri bir qayda olaraq sosial şəbəkələrdən almışam. Bu gün onun həbsi haqqında məlumat yayılıb. Şübhəsiz ki, bu həbs hüquqdan daha çox siyasi məzmun daşıyır. Azərbaycan hakim elitasının, Əliyev rejiminin bu işin içində olduğu da şəksizdir.

Saytların yığılması Saytlarin yigilmasi

Adamı Gülənçilikdə şübhəli bilib saxlayıblar. Amma Azərbaycandakı Gülənçilərin sifarişi ilə bunun edildiyi istisna deyil. SOCAR-ın və onun rəhbərliyinin Gülən şəbəkəsi ilə sıx əlaqələri hamıya, o cümlədən Türkiyə hakimiyyətinə də bəllidir. Azərbaycanda Gülən şəbəkəsi dövlətin içində dövlət deyildi, elə dövlətin özü idi. Və kiçik istisnalarla hakim elita bu şəbəkənin içində idi. 2013-cü ilin yayında Birləşmiş Ştatlardan bir təyyarə Congress üzvünü İlham Əliyevin seçki kampaniyasına dəstək üçün gətirənlər də Gülənçilər idi.

Ötən müddət ərzində Türkiyədə Gülənçiliklə bağlı gizli bir şey qalmayıb. Əgər Mübariz Məsimovun həmin şəbəkə ilə əlaqəsi var idisə, çoxdan bu aşkar olardı. Amma indi adamı Gülənçilik şübhəsi ilə tutuqlayırlarsa, deməli onu tutmağa sadəcə ayrı bir şübhəli məqam olmayıb.

Bildiyimiz qədər Mübariz Məsimov bacarıqlı, dara düşənlərə yardım əlini uzadan xeyirxah bir iş adamıdır. Ölkəsində az qala adı yasaq olan Məhəmməd Əmin Rəsulzadənin, Əbülfzə Elçibəy adına gəmi düzəltdirib Bosfor sularına buraxmışdı. Bir dəfə Rəsulzadə gəmisini sıradan çıxarmağa cəhd etdilər, indi də gəmi sahibini sıradan çıxarmağa start veriblər.

Borc içində boğulan SOCAR-in, İlham Əliyev rejiminin hələ ki, əli uzundur, Az əvvəl ölkə içində olan iş adamlarının böyük əksəriyyəti “Bandotdel”dən keçirildi, indi deyəsən növbə ölkə hüdudlarından kənardakılara çatır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button