2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sığorta xəbərləriXəbərlər

Mərkəzi Bank şirkətə sığorta (agenti kimi) lisenziyası verdi

Azərbaycan Mərkəzi Bankı “Abşeron Sığorta Agentliyi” MMC-yə sığorta bazarında iştirak etmək üçün lisenziya təqdim edib.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az xəbər verir ki, bu barədə AMB-nin İdarə Heyəti qərar verib.

“Abşeron Sığorta Agentliyi”nə verilən lisenziya (SA-0284 nömrəli) 3 may 2023-cü il tarixindən aktivləşdirlib.

Sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən hüquqi şəxsdir.

Xatırladaq ki, “Abşeron Sığorta Agentliyi” MMC Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən 22 noyabr 2021-ci ildə dövlət qeytdiyyatına alınıb.

Şirkətin direktoru Günay Hüseynova İsmayıl qızıdır.

Azərbaycanda hüquqi şəxs olan sığorta agentlərinin sayı 71-ə yüksəlib.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button