2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mərkəzi Seçki Komissiyasının rəhbəri jurnalistləri seçkilərdəki çatışmazlıqları işıqlandırmaqdan “çəkinməməyə” çağırıb

Seçki prosesi milyonlarla insanı əhatə etdiyi üçün müəyyən xırda çatışmazlıqlar ola bilər. Bunu fevralın 7-də seçkilərin başlaması ilə əlaqədar keçirilən brifinqdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

O, jurnalistlərə  müraciət edərək məntəqələrdə qarşılaşdıqları hər hansı problemi işıqlandırmaqdan çəkinməməyə çağırıb. “Əksinə, biz bunu təqdir edəcəyik. Eləcə də, beynəlxalq və yerli müşahidəçilər də yerlərdə fəal olmalıdırlar”, – o deyib.

Pənahov deyib ki, Mərkəzi Seçki Komissiyasının işi seçicinin konstitusion hüququnu təmin etməkdir. Bu baxımdan heç kim seçicinin iradəsinə təsir göstərə, seçki məntəqələrində fəaliyyət göstərən komissiyanın üzvlərinin işinə maneə törədə bilməz. Çünki onlar da seçki prosesinin şəffaf aparılması üçün çalışırlar.

Saytların yığılması Saytlarin yigilmasi

“Seçki Məcəlləsinin tələblərini pozan istənilən hərəkət qarşısında ciddi addımlar atılacaq”, – Məzahir Pənahov qeyd edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button