2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Məscidi yandırmaqda ittiham olunanların işinə yenidən baxılacaq

Bakının Suraxanı rayonunda Qaraçuxur məscidini yandırmaqda ittiham olunan Namiq Nəsibov və Elnur Ələkbərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, adları çəkilən şəxslərin barələrində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmənin ilkin hazırlıq iclası Bakı Apellyasiya Məhkəməsinin ayrı-ayrı hakimlərinin icraatına verilib.

Saytların yığılması Saytlarin yigilmasi

N.Nəsibovun barəsində prokurorluq tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi iyunun 7-də hakim Faiq Qasımovun sədrliyi ilə keçiriləcək. E.Ələkbərovun barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasına isə iyunun 9-da hakim İlqar Murquzovun sədriliyi ilə baxılacaq.

Qeyd edək ki, 2014-cü ilin noyabr ayının 26-da Qaraçuxur qəsəbəsində yerləşən “Cümə” məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, N.Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. O, Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra E.Ələkbərov ilə birgə “PKK” terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. N.Nəsibov və E.Ələkbərov internetdə sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

Bu il mart ayının 7-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə E.Ələkbərov 15 il müddətinə azadlıqdan məhrum edilib. N.Nəsibov barəsində isə məcburi müalicə tədbiri tətbiq edilməsi qərarı çıxarılıb.

Hökm oxunarkən E.Ələkbərov əlindəki kəsici alətlə özünü doğramaq istəyib. O, sol qolunu bir yerdən kəsib. Lakin Penitensiar Xidmətin əməkdaşları E.Ələkbərovun hərəkətinin qarşısını alıb.

Hökmdən narazı qalan E.Ələkbərovun vəkili Namiq Hacıyev apellyasiya şikayəti verib. O, şikayətində müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Dövlət ittihamçısı isə digər təqsirləndirilən N.Nəsibov barəsində olan hökmdən apellyasiya protesti verib. Prokuror protestində həmin şəxsin barəsində olan məhkəmə hökmünün ləğv edilməsini və onun azadlıqdan məhrum edilməsini istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button