2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Məşhur bəstəkarın səhhəti ağırlaşdı – “Qızının təhsil haqqına görə…”

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbərin səhhəti pisləşib. Bir il əvvəl ağır beyin əməliyyatı keçirən bəstəkar qəfildən huşunu itirib.

Bəstəkarın həyat yoldaşı Aybəniz xanım məlumatı təsdiqləyib. O, Tahir Əkbərin hazırda ciddi həkim nəzarətində olduğunu deyib:

“Gördüm rəngi avazıdı, dili söz tutmadı. Qışqırdım ki, sənə nə olub, danışa bilmədi, tez yatağa uzatdıq, təcili yardım çağırdıq. Tahir bir il öncə ağır əməliyyat keçirmişdi. Həkimlər dəfələrlə ona tapşırmışdı ki, nəbadə gərgin işlə məşğul olasan. Ona qətiyyən stress keçirmək, zehni fəaliyyətlə məşğul olmaq olmazdı. Amma o, sözə əməl etmədi, efirlərə çıxdı, mahnılar yazmaqda davam etdi, saatlarla müğənnilərlə məşq elədi. Bütün bunları qızıma görə etdi. Onun təhsil haqqını ödəməli idi. Fikir, sarsıntılar onu yıxdı.

Saytların yığılması Saytlarin yigilmasi

Beyin əməliyyatından sonra xəstənin səhhəti risk altında olur, özünü gözləməliydi. Həkimlər başının üstünü kəsdirdilər, indi evdə sistemlər qoşulub, özünə gələn kimi yenidən analizlər götürüləcək. Hələ ki, ona tam sakitlik lazımdır. Ümid Allahadır”. (yeniçağ)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button