2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Mətbuat Şurasında jurnalist Zülfüqar Hüseynzadə ilə bağlı xatirə toplantısı keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) mərhum jurnalist, “Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə ilə bağlı xatirə toplantısı keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Şuradan “Report”a bildirilib ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid Z.Hüseynzadənin qurucusu və baş redaktoru olduğu “Moderator.az” saytının 10 illiyinin qeyd edildiyi zamanı xatırlayıb. O, ötən müddətdə saytın da Z.Hüseynzadə kimi Qarabağ niskilini daşıdığını, bunu yaradıcılıq müstəvisinə yüksək peşəkarlıqla gətirdiyini bildirib. R.Məcid mərhum jurnalisti peşəsinə sadiq, sözün təəssübünü çəkən vətənpərvər həmkar olaraq dəyərləndirdi. Onun yoxluğunun hər kəs üçün böyük itki olduğunu vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli Z.Hüseynzadəni ölkəmizin hazırkı mənəvi-psixoloji mühitinə ən adekvat şəxslərdən bir kimi səciyyələndirib. “Moderator.az” saytının hər zaman cəsarətli materiallara, cəmiyyət üçün düşündürücü sayılacaq mövzulara üstünlük verdiyini vurğulayan Q.Məhərrəmli bu dəst-xəttin Z.Hüseynzadənin təbiətindən, xarakterindən, yüksək mənəvi keyfiyyətlərindən irəli gəldiyini bildirib.

MŞ sədrinin müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu çıxışında Z.Hüseynzadənin qurucusu olduğu “Moderator.az” saytının bundan sonra da fəaliyyət göstərməsinin vacibliyini dilə gətirib və bu baxımdan mərhumun jurnalist təhsilli övladı Hüseynin üzərinə böyük məsuliyyətin düşdüyünü deyib.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli də çıxışında Azərbaycanın media məkanında özünün dəst-xətti və ciddi analitik məzmunu ilə tanınmış “Moderator.az” saytının gələcəkdə daha uğurlu fəaliyyət göstərməsinin zəruriliyindən söz açıb.

Toplantıda çıxış edənlərdən tanınmış şair Zakir Fəxri, MŞ İdarə Heyətinin üzvləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, “Moderator.az” saytı ilə daimi əməkdaşlıq edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, həmçinin, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsiman Yaqublu, “Yeni Müsavat” qəzetinin əməkdaşları – Elşad Paşasoy və Etibar Seyidağa, tanınmış jurnalist Üzeyir Cəfərov, “Moderator.az” saytının əməkdaşı Soltan Laçın, Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri İlhamə Həsənova və başqaları Zülfüqar Hüseynzadəni peşəkar media təmsilçisi, səmimi və qayğıkeş insan, daim dost və həmkar təəssübünü çəkən vətənpərvər jurnalist və ziyalı kimi xarakterizə etdilər, onunla bağlı xatirələrini bölüşüblər.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button