2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

M.Konrat: “Fəxrəddin Manafovun və Zülfiyyənin üzr istəməsini gözləyirəm”

“Fəxrəddin dediyi və işin içində onun olduğu üçün gözübağlı Azərbaycana getdim. Ancaq o, məni o qədər məyus etdi ki, bilmirəm, hardan başlayım. Fəxrəddini çox sevirəm, onun bir telefonu ilə hər yerə getmişəm. Ancaq o, məni çox, çox qırdı”.

Bu sözləri “Təhminə və Zaur” filmində Təhminə rolunu canlandıran, türkiyəli aktrisa Meral Konrat “Report”a müsahibəsi zamanı deyib.
Aktrisa “Təhminə-2” filminin çəkiləcəyi xəbərini alır
Aktrisa deyir ki, təxminən bir il öncə ona zəng gəlib və “Meral “Təhminə-2”ni çəkirik” deyilib: “Elə həyəcanlandım ki, izah edə bilmərəm. Dedim: “Axı, Təhminə o filmdə ölmüşdü, sonrası necə olacaq?” O da “Biz filmdə Təhminənin öldüyünü göstərmədik, o, sözdə öldü. Danışdılar öldüyündən, amma biz öldüyünü göstərmədik” cavabını verdi. Çox sevindim, çox həyəcanlandım ki, artıq “Təhminə-2”yə çəkilirəm”.
“Çəkilişlər” üçün aktrisanı Bakıya dəvət ediblər

fmanafov-konrat

“Zaur” “Təhminəyə” çəkiliş üçün Bakıya gəlməli olduğunu bildirib və əlavə edib ki, “Biz bunun qısa tanıtımını lentə alacağıq”.
Meral Konrat filmin ssenarini istəyib ki, oxusun, baxsın. Fəxrəddin Manafov isə ssenarinin hələ yazıldığını, tamamlanmadığını söyləyib.
F.Manafov ona bildirib ki, ssenari hələ tamamlanmadığına görə, öncə qısa təqdimat çəkiləcək, sonra aktrisa Türkiyəyə dönəcək.
“O bildirdi ki, sonra fimdəki geyimlər hazırlanacaq və sən hər şey hazır olduqdan sonra artıq filmin çəkilişi üçün Bakıya gələcəksən. Gəldiyin zaman da biz səninlə müqavilə bağlayacağıq”, – deyə türkiyəli aktrisa qeyd edib.
“Bunları mənə Fəxrəddin dediyi üçün və işin içində o olduğu üçün gözübağlı qalxıb Azərbaycana getdim”
Meral Konrat başına gələnlərlə bağlı deyib ki, onu Bakıda bir yerə aparıblar, orada Zülfiyyə adlı bir sənətçi ilə qarşılaşıb. O, soruşub ki, bu xanım da filimdə oynayacaq? Ona deyiblər ki, yox, bu xanım Azərbaycanda məşhur bir musiqiçidir və filmin musiqilərini o hazırlayacaq.
“Zülfiyyə xanım da ilk dəfə bir filmin musiqisini hazırlamaqdan çox xoşbəxt və qürurlu olduğunu vurğuladı. Hələ bu filmin “Təhminə-2” olması məni inanılmaz həyəcanladırdı. Baxdım, çəkiliş meydançasında “Təhminə-2″ yazılan kağızlar var. Yəni, o qədər inandım ki, ağlıma başqa şey də gəlmədi. Orada o xanım mahnı oxudu. Soruşdum ki, o, niyə mahnı oxuyur, bu, nəyə lazımdır? Dedilər ki, musiqiləri o hazırladığı üçün özünün də tanıtım filmində olması lazımdır. Mən yenə də, inandım”, – deyə akrtisa vurğulayıb.
fəxrəddin konrat
Daha sonra aktrisa, çəkilişlər bitdikdən sonra Türkiyəyə qayıtdığını və təkrar film çəkilişi üçün  zəng gözlədiyini bildirib. Lakin xəbər çıxmadığını gördükdə Fəxrəddin Manafova zəng vurmaq qərarına gəlir:
“Telefonu bir neçə dəfə bağlı oldu. Sonra açdı və dedi ki, narahat olma, hələ ssenari yazılır, biz sənə xəbər verəcəyik. Üstündən aylar keçdi, Fəxrəddindən bir xəbər çıxmadı. Zəng etdim, əlaqə qura bilmədim.”
Aktrisa uzun müddət klipə çəkildiyindən xəbərsiz olub
“Bir gün, İstanbulda yaşayan çox sevdiyim bir azərbaycanlı dostum mənə zəng etdi və “Meralcım, Azərbaycanda klipə çəkilmisən, çox gözəl alınıb” söylədi. “Xeyr, mən klipə çəkilməmişəm” cavabını verdim. Girib internetdə izləyəndə şoka düşdüm. Mənimlə tanış etdikləri Zülfiyyə xanımın klipi idi və mən də o klipdə oynayırdım”, – deyə Meral Konrat bildirib.
Türkiyəli aktrisa müsahibəsində deyib ki, bir gün onu özəl bir jurnalın çəkilişi üçün Bakıya çağırıblar:
“Fəxrəddinlə orada qarşılaşdıq və ona nə vaxt bu mövzu ilə bağlı sual vermək istəsəm də, mövzunu dəyişdirdi. Yayındı mövzudan. Mən ona sual verə bilmədim ki, niyə bunu etdin, niyə belə oldu? Ancaq Fəxrəddin mənə qarşı bir neçə dəfə buna bənzər şeylər etdi  və buna görə çox qəlbimi qırdı, çox küsmüşəm ondan. Hələ də ona hörmətim, sevgim böyükdür. Ancaq yenə də bir üzr istəməsini gözləyirəm”.
Xalq artisti Fəxrəddin Manafov isə açıqlamasında Meral Konratın müsahibəsində onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib ki, Meral Konratın nə dediyi ona maraqlı deyil.
Müsahibədəki fikirlərlə tanış olmadığını deyən azərbaycanlı aktyor qeyd edib ki, Rasim Ocaqovun (“Təhminə”filminin rejissoru) sabah doğum günüdür və kimin nəsə danışması onun üçün maraqlı deyil: “Bizim onunla əlaqələrimiz 23 il (film 1993-cü ildə çəkilib) bundan öncəyə dayanır və hər şey artıq bitib. Ona görə də onun nə deməsi mənə maraqlı deyil”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button