2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Maaş və müavinətlər artırıldı

Prezident İlham Əliyevin yanvarın 13-də imzaladığı sərəncam ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları bu il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla bağlı siyahıda əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Aparatı, Gəncə bölməsinin Aparatı qeyd edilir. Daha sonra isə bir sıra başqa təşkilatlar gəlir.

Dövlət başçısının başqa bir sərəncamı ilə “şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və başqalarına” yönələn sosial ödənişlərdə də artım baş verib. Artım müavinət və təqaüdlərdə ümumilikdə 15-40 faiz arasında dəyişir.

Habelə, prezidentin başqa bir sərəncamı ilə tələbə və doktorantların təqaüdləri də artırılıb. Onlarda artım ümumilikdə 10-15 civarinda gözlənilir. Bu artımlar ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ümumilikdə bu il sosial ödənişlərdə artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1.9 milyon vətəndaşı əhatə edir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button