2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Makron: “Fransa Ukraynaya qoşun göndərsə, məsuliyyət Kremlin üzərinə düşür”

O deyib ki, Rusiya qalib gəlsə, fransızlar Avropada təhlükəsiz olmayacaqlar

Martın 14-də Fransa Prezidenti Emmanuel Makronun yerli televiziyalara müsahibəsi Rusiya hakimiyyətinə qarşı sərt tənqidləri və avropalı tərəfdaşlarına çağırışları ilə yadda qalıb.

Makron deyib ki, Fransa Rusiya ilə müharibə aparmır, lakin Moskvadan eskalasiyaya hazır olmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Ukraynaya fransız-NATO qoşunlarının göndərilməsi ehtimalına gəlincə, Makron bildirib ki, 2 ildən çox davam edən müharibənin Avropa üçün ekzistensial əhəmiyyəti var, ona görə də bütün variantlar mümkündür:

Rusiya qalib gəlsə, fransızların həyatı dəyişəcək və onlar Avropada artıq təhlükəsiz olmayacaqlar”.

“Biz heç vaxt hücuma keçməyəcəyik, heç vaxt təşəbbüs göstərməyəcəyik. Fransa sülhsevərdir. Bu gün biz Ukraynada sülh istəyiriksə, zəif olmamalıyıq. Vəziyyətə ayıq nəzər salmalıyıq. Biz qətiyyətlə, bütün iradə və cəsarətimizlə bəyan edirik ki, məqsədimizə çatmaq üçün, yəni Rusiya qalib gəlməsin deyə əlimizdən gələni etməyə hazırıq”,-  Makron əlavə edib.

Onun sözlərinə görə, Fransa Ukraynaya qoşun göndərmək məcburiyyətində qalarsa, məsuliyyəti daşıyacaq yeganə şəxs Kreml rejimidir.

Fransa lideri Avropa İttifaqı ölkələrinə müraciət edərək Kiyevi dəstəkləməyə çağırıb.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və Xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button