2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasət

Manat hakimiyyəti necə parçaladı? – Şok təfsilat

Baş bankir Elman Rüstəmov 9 ildir ki, qlobal iqtisadi böhranın olduğunu açıqladı. Mərkəzi Bankın sədri qeyd etdi ki, bu böhran Azərbaycanda yalnız son bir ildə ərzində hiss olunmağa başlanıb.

Siyasi çəkişmələr qızışır

E.Rüstəmovun bu açıqlamasının illuziyadan ibarət olduğunu şərh etmək ayrıca məqalənin mövzudur. Lakin baş bankirin sözündəki yeganə və inkarolunmaz həqiqət dünyada 9 ildir krizisin olmasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan isə dünyanın ayrılmaz parçası olduğuna görə elə 9 ildir ki, ölkə böhran içərisindədir. Sadəcə, neft pullarının gətirdiyi şadyanalıq nəticəsində bir neçə il süni iqtisadi tərəqqi modeli yaradılmışdı.

Anaxeber.Az-ın Siyasət Şöbəsinin yaydığı məlumata görə, geridə qalan 9 ildə təkcə iqtisadi yox, həm də siyasi böhran yaşanıb. Azərbaycan hakimiyyətinin daxilində siyasi böhran dərinləşməkdədir.

İqtidar kluarlarında gedən müzakirələr, atılan addımlar və ayrı-ayrı siyasi qanadlara xidmət edən deputatların çıxışları iqtisadi gərginliyin siyasi proseslərə də siraət etdiyini göstərir.

Hakim komanda içərisindəki çalxalanma, gərginlik və natarazlıq zahirə vurmaqdadır. Böhran hakimiyyəti iki yerə parçalayıb.

Ümumiyyətlə, dünya praktikasına nəzər yetirdikdə görmək olar ki, iqtisadi böhranlar siyasi böhranla əvəzlənir və iqtidarları silkələyir.
Azərbaycanda YAP hakimiyyəti də siyasi böhranın tən ortasındadır. Bu dartışma və didişmələr siyasi çəkişmələri gücləndirir.
Müxalifət düşərgəsində 20 ildən çoxdur davam edən parçalanma və didişmə iqtisadi cəhətdən iqtidara da keçid etməkdədir.

Çünki merkantil maraqlar, korporativ rəqabət, biznes və kapitalın bölüşdürülməsi hakimiyyət içində böyük ixtilaflara, toqquşmalara səbəb olur.

Klanlar arasında gedən qarşıdurmalar getdikcə güclənir və iqtisadi müharibədən qalib çıxan qüvvə siyasi hakimiyyətdə daha çox güc və söz sahibinə çevriləcək.

Odioz nazirlər üçün qara gün

Anaxeber.Az-ın Siyasət Şöbəsinin yaydığı məlumata görə, klan savaşında topdağıtmaz biznes imperiyaları olan oliqarx-nazirlər, inhisarçı məmurlar, çirkli pulların yuyulmasında iştirakı olan qüvvələr çırmanıb.

Eyni zamanda bank sektoru, bazarlar, ticarət şəbəkələri, xarici valyuta ilə biznesini idarə edən monopolist odioz nazirlər üçün qara günlər başlanıb.

Hakimiyyət vahid qüvvə şəklində təşəkkül tapması üçün tez bir zamanda toparlana bilməyəcək. 2017-ci ildə böhranın daha da dərinləşməsi şəkk-şübhə doğurmur.

Bundan sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, vergilər naziri Fazil Məmmədov, Azərsu ASC sədri Qorxmaz Hüseynov, eləcə də əks klandan – səhiyyə naziri Oqtay Şirəliyev, AZAL prezidenti Cahangir Əsgərov, Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanov, Dövlət Sərhəd Xidməti rəhbəri Elçin Quliyev, Azərişıq ASC sədri Baba Rzayev kimi merkantil qüvvələri olan qruplaşmaların toqquşması sərt xarakter ala bilər.

Hakimiyyət yeknəsəq və birqütblü deyil. Doğrudur, siyasi iqtidarın qərarları vahid mərkəzdən idarə olunur və bütün qruplar üçün şamildir. Lakin iqtisadi çəkişmələr siyasi iqtidar çalxalamaqdadır. Bu, həm də hakimiyyətin zəifləməsinə gətirib çıxara bilər.
İki klanın mübarizəsi deputatların da çıxışlarına təzahür edir. Mehdiyev qruplaşması son iqtisadi itkilərə və Tarif Şurasının qərarlarına bəraət qazandırır, qarşı tərəf isə tənqid atəşinə tutur.

Hökumətdə olan məmurlar arasında son hadisələrlə bağlı ciddi gərginlik hökm sürür. TŞ-nın qərarını ləğv etməyə çağırış olunsa da, ənənəvi klan rıçaqı əldən vermək istəmir.

Hər an xəyanət təhlükəsi

Anaxeber.Az-ın Siyasət Şöbəsinin yaydığı məlumata görə, bu çəkişmələrdən K.Heydərovun siyasi iqtidar yanında rəğbət qazanacağı gözlənilir. Ona Bakı klanının da “stavka” etdiyini söyləmək olar. Ancaq eyni sözləri digər nazirlər barəsində demək çətindir.
2017-ci ildən yenilənmiş və refreş olunmuş iqtidar qarşımıza çıxar. Siyasi rəhbərlik dünya təcrübəsindən yaxşı bilir ki, iqtisadi böhranın dərinləşməsi siyasi təlatümlərlə müşayiət olunur.

İndi hakimiyyətə sədaqət anlayışı qalmayıb. MTN hadisələrində mənimsənilmiş milyardlar sübut etdi ki, istənilən qüvvə iqtidara xəyanət edə və cəzalana bilər.

Əgər həmin nazirlərin iqtisadi maraqları tam olaraq təmin olunmursa, onlardan axıra qədər sadiqlik gözləmək əbəsdir.
Böhran da çinovniklərin və oliqarxlaşmış inhisarçıların hakimiyyətdən üz döndərməsinə səbəb olub. Hətta referendumda da onların xüsusi canfəşanlığı müşahidə olunmadı.

Qeyd edək ki, Azərbaycanda sosial-iqtisadi vəziyyət çətinləşir. İnsanlar gündəlik həyatında problemlərin dərinləşdiyini, dolanışığın əzaba çevrildiyini, borcların artdığını və qiymətlərin günbəgün bahalaşdığını hiss etməkdədir.

Dolların bahalaşması və manatın ucuzlaşması, islahatların ləngliyi, monopoliyanın qalması vəziyyəti ağırlaşdırır. Ölkədə işsizlik baş alıb getdikcə, bahalaşma davam etdikcə aztəminatlı ailələrin, imkansız insanları, təqaüdçülərin, köçkünlərin və şəhid ailələrinin və digər təbəqə insanların iqtisadi vəziyyəti daha da ağırlaşır. Nazirlər Kabineti xalqın əleyhinə qərarlar verməkdədir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button