2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Masazırda Zəfər Gününə həsr olunan tədbir keçirilib

Masazır kənd 4 nömrəli tam orta məktəbdə Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bir sıra dövlət və hökümət nümayəndələri, tələbələr, şəhid ailələri və qazilər iştirak ediblər.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva qonaqları salamlayaraq, qarşıdan gələn Zəfər Günü ilə bağlı ümumi təhsil müəssisələrinin rəhbərlərini təbrik edib və tariximizin müasir dövrünün bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşımıza yeni hədəflər və prioritetlər qoyduğunu bildirib. İ.Abdullayeva, eyni zamanda belə tədbirlərin gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Müdafiə Nazirliyinin Şəhid ailələri və qadınlarla iş şöbəsinin müdiri Zümrüd Səmədova torpaqlarımızın şanlı ordumuzun şücaəti sayəsində Ermənistan işğalından azad olunmasından və bundan sonra da şanlı qələbəmizlə bağlı daha genişmiqyaslı tədbirlərin keçirilməsinin önəmindən danışıb.

Məktəbin direktor səlahiyyətlərini icra edən Faiq Xosrovlu da çıxış edərək bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib: “3 il öncə Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi o xoş xəbəri nəhayət ki, eşitmək bizə nəsib oldu. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü və uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. Biz Zəfərimizi tamamladıq, bütövləşdik. Bu gün keçirilən və eləcə də bu səpkidə olan tədbirlərin şagirdlər üçün əhəmiyyəti böyükdür. Biz də məktəb rəhbərliyi olaraq gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi və böyüməsi üçün əlimizdən gələni əsirgəmirik”.

44 günlük Qarabağ savaşında qəhrəmancasına şəhid olan şəhid Elçin Həsənlinin anası Abşeron rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın sədri Xatirə İsmayılova çıxışında qeyd edib ki, 44 günlük müharibə, istər Azərbaycan istər dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür.

Həmçinin, tədbirdə “Zəfərimiz Əbədidir” adlı videoçarx nümayiş olunub. Daha sonra tədbir şagirdlərin ifasinda ədəbi-bədii kompozisiyalar və vətənpərvərlik ruhunda musiqilərlə davam edib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button