2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

MDB-nin icraçı katibi: “Sərhədlərin mühafizəsinə daha çox diqqət ayrılmalıdır”

“İndiki şəraitdə sərhədlərin mühafizəsinə daha çox diqqət ayrılmalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev Bakıda keçirilən MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.

S.Lebedev müasir dünyada siyasətin və iqtisadiyyatın yeni forma aldığını, sülhməramlı səylərin isə öz məqsədinə çatmadığını qeyd edib.

MDB-nin icraçı katibi dünyanın bir çox regionlarında, o cümlədən Qafqazda ölkələrin sərhədlərində təhlükələrin mövcud olduğunu bildirib. “Bu, onu deməyə əsas verir ki, biz ölkələrimizin sərhədlərinin qorunmasına daha çox diqqət ayırmalı və bunu səmərəli şəkildə həyata keçirməliyik”, – S.Lebedev əlavə edib.

O qeyd edib ki, bugünkü iclasda MDB ölkələrinin sərhəd qoşunları çərçivəsində 2026-2030-cu illər üçün gələcək fəaliyyət planı hazırlanacaq.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button