2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Mehman Hüseynov Səlim Müslümova cavab verdi: “gördüyünüz işin adı oğurluqdur, qanunsuzluqdur, saxtakarlıqdır!”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Bakıda dəbdəbəli villasının olması ilə bağlı yayılan videoya münasibət bildirib. Nazirin qeyri-müəyyən açıqlamasına Mehman Hüseynov çox keçmədən cavab verib. 

Mehman Hüseynov sosial şəbəkədə bu haqda yazı paylaşıb və nazir Səlim Müslümovun sözlərinə sərt reaksiya verib:

“Nəhayət ki, bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mənim sualıma və çəkdiyim videoreportaja münasibət bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalistlər nazirə yeni tikilən villası haqda sual veriblər. Nazir sualdan yayınmaq üçün deyib ki, “Bakıda bütün villalar mənimdir. Əsas odur ki, biz öz işimizlə məşğuluq”… Guya yaxşı nəsə deyib.

Ay nazir, deyə bilmirdin ki, təqaüdçülərdən, əlillərdən, şəhid ailələrindən oğurladığım pullar ilə tikmişəm bu sarayları? Deyirsən ki, “Əsas odur ki, biz öz işimizlə məşğuluq!”. Mənə çox maraqlıdır, sizin işinizin adı nədir, deyə bilərsiz? Yadınızdan çıxıbsa xatırladım, cənab Səlim Müslümov, sizin işinizin adı xalqa xidmət etməkdir, xalqın qayğısına qalmaqdır. Amma sizin hal-hazırda gördüyünüz işin adı isə oğurluqdur, qanunsuzluqdur, saxtakarlıqdır!

Odur ki, nazir Səlim Müslümova şad xəbərim var. Bugün həmişə yanımda olan kamera dostlarım ilə yığışıb məsləhətləşdik və qərara gəldik ki, Səlim Müslümovun ölkədə olan bütün mülklərini, biznes şəbəkələrini, vətəndaşlara qarşı edilən haqsızlıqları bir-bir hamısını çəkib, xalqımıza göstərək. Beləcə, nazirin ürəyi tutub, xəstəxanalıq olsun. Bundan sonra bəlkə ağlı başına gəldi. Həyasız məmurlara qarşı həyasız olmaq lazımdır!”

Xatırladaq ki, Abzas.net və SANCAQ səhifəsinin əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mülkləri və onun gördüyü işlər barədə hazırladığı reportaj sosial şəbəkələrdə böyük rezonans doğurub. Bu səbəbdən nazir açıqlama verərək, ironiyalı çıxışla Bakıdakı bütün villaların ona məxsus olduğunu bildirib:

“Bakıdakı bütün villalar mənimdir. Kim istəyir şəkillərini çəksin və altından da dediklərimi yazsın. Bu cür şər-böhtanlara baş qoşmuram. Biz öz işimizlə məşğuluq”.

abzas.net

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button