2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Mehman Hüseynov belə şərlənib -VİDEO

Mehman Hüseynov hazırda Nəsimi rayon Məhkəməsindədir.

Mehman Hüseynovun saxlanılmasının təfərrüatı məlum olub. M.Hüseynov Bakının Nizami küçəsində iş axtaran bir şəxsin şikayəti əsasında saxlanılıb.

Polisin ittiham aktında bildirilib ki, həmin şəxs Mehman Hüseynovun onu çiyni ilə vurduğu barədə polisə müraciət edib. Polis həmin an M.Hüseynovu çağırıb, Mehman isə polisin əmrini yerinə yetirməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, bloqçuya verilən ittihamla o ya 200 AZN məbləğində cərimə edilməli və ya 1 aya qədər inzibati həbslə cəzalandırılmalıdır.

O, inzibati xətalar məcəlləsinin 535.1 (polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmama) maddəsiylə ittiham olunub. İşə Nəsimi Rayon məhkəməsinin hakimi Pənahov baxacaq. Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

[/video]

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button