Cəmiyyət

Mehriban Əliyevadan əhaliyə şad xəbər

“İstəyim diqqətimi maksimum dərəcədə sosial problemlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə yönəltməkdir”.
Report verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “Vesti nedeli” verilişinin aparıcısı Dmitri Kiselyevə müsahibəsində deyib.
Mehriban Əliyeva müsahibəsində Birinci vitse-prezident təyin olunmasına münasibət bildirib:
“Mənim Birinci vitse-prezident vəzifəsinə təyin edilməyimlə bağlı qərar Azərbaycan prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, bunda yəqin ki, mənim uzun illər ərzində prezidentin təkcə həyat yoldaşı deyil, həm də deyə bilərəm ki, silahdaşı olmağım da rol oynayıb.
Mənim əsas şübhəm üzərimə qoyulan məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyim ilə bağlı idi. Mən birmənalı olaraq bilirəm, əminəm ki, həyat yoldaşımın mənə tövsiyələri və ya söyləyəcəkləri dövlətin maraqları ilə tamamilə üst-üstə düşəcək”.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button