2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Meksika Deputatlar Palatasında Meksika-Azərbaycan Dostluq Qrupu ilə görüş baş tutub

Meksika Deputatlar Palatasında Meksika-Azərbaycan Dostluq Qrupu ilə görüş baş tutub.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov “X” hesabında yazıb.

Səfir qeyd edib ki, görüş çərçivəsində Parlamentlərarası münasibətlərdə müsbət və çox fəal dinamika vurğulanıb.

“Prezidentlərin, dostluq qrupları üzvlərinin qarşılıqlı səfərləri əlaqələrimizin daha da möhkəmlənməsinə öz töhfəsini verib. Bu ilin aprel ayında Deputatlar Palatasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib”,- deyə diplomat əlavə edib.

Məmməd Talıbov Meksikanın vicdanlı dost və tərəfdaş olduğunu bildirib: “Biz Azərbaycanın regionda davamlı sülhün əldə edilməsi istiqamətində səylərini, eləcə də erməni işğalından azad edilmiş torpaqların yenidən qurulması və dirçəldilməsi istiqamətində fəaliyyətini dəstəkləməkdə Meksikanın mövqeyini yüksək qiymətləndiririk”.

Diplomat görüşdə Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdirən qlobal miqyaslı layihələrin həyata keçirilməsində Azərbaycanın aparıcı rolunun vurğulanmasından da söz açıb: “Müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi potensialı, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi istiqamətində konkret addımlar müzakirə edildi”.

Qeyd edək ki, Meksika Prezidentinin dəvəti ilə Azərbaycan-Meksika Dostluq Qrupunun prezidenti, deputat Jalə Əliyevanın başçılıq etdiyi Azərbaycan Parlamentinin nümayəndə heyəti Meksikada səfərdədir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button