2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Metyu Miller: "Biz Rusiya ilə birbaşa silahlı münaqişəyə girmək niyyətində deyilik"

Çərşənbə axşamı ABŞ bildirib ki, onun Ukrayna ilə münasibətləri Vaşinqtonun hər iki münaqişədə iştirakı ilə bağlı məsələlər fonunda İsraillə tərəfdaşlıqdan fərqlidir.

“İsrail ABŞ-ın NATO-ya daxil olmayan böyük müttəfiqidir, Ukrayna başqa vəziyyətdədir, çünki bu münaqişə başlamazdan əvvəl müvafiq sazişimiz olmayıb”, – Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Turan-ın müxbirinin sualına cavabında bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski Amerika nəşrinə müsahibəsində İran İsrailə raketlərlə hücum edərkən müttəfiqlərin İsrailin birbaşa müdafiəsinə qalxmasından məyusluğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Ukrayna müdafiə olunmayıb, çünki NATO-nun tərkibində deyil. Ancaq sual vermək istəyirəm: İsrail NATO-ya daxildir, ya yox?”- Zelenski soruşub.

Ukrayna prezidentinin bu fikirlərini şərh edən Miller deyib ki,  ABŞ-ın Ukrayna və İsrail ilə münasibətləri tamamilə fərqlidir.  “Təhlükəsizlik sahəsində İsrail ilə münasibətlərimizin uzun  tarixi var, Ukrayna isə fərqli vəziyyətdədir”, – o qeyd edib.

Miller izah edib ki, əgər Vaşinqton təyyarələri “Ukrayna səmasına” göndərsə, ABŞ Rusiya ilə silahlı hərbi münaqişəyə girməli olacaq. “Biz Rusiya ilə birbaşa silahlı münaqişəyə girmək fikrində deyilik”, – o davam edib.

“ABŞ prezidenti çox açıq şəkildə bildirib ki, biz Üçüncü Dünya Müharibəsini istəmirik. Buna baxmayaraq, biz Ukraynanın müdafiəsinə tam sadiqik”, – Miller deyib.

Konqresdə respublikaçıların Ukraynaya hərbi yardımın göstərilməsini əngəlləyən hərəkətlərinə toxunan Miller ümidvar olduğunu bildirib ki, onlar öz mövqelərini dəyişəcəklər və Ukrayna hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, lazımi silahları alacaq.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button