2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏSiyasət

Milli Məclis buraxılır?

Hələ Konstitusiyada dəyişikliklərlə bağlı ötən ilin sentyabr ayında keçirilən referendumdan əvvəl belə məlumatlar yayılmışdı ki, ümumxalq səsverməsindən sonra növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. İstər müxalif, istərsə də iqtidar düşərgəsindən də referendumdan sonra növbədənkənar parlament və prezident seçkilərinin keçirilə biləcəyi açıqlamaların verilməsi məlumatların əsassız olmadığına şübhələri artırırdı.

Lakin YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov münasibət bildirərək yayılan məlumatları təkzib etdi. Siyavuş Novruzov bildirdi ki, növbədənkənar seçkilərin keçirilməsi konstitusiyada əvvəl də var idi, indi də var. Seçkilər isə azad və demokratik şəkildə keçirilib. Növbədənkənar seçkilərlə bağlı deyilənlərsə kimlərisə şirnikləndirmək üçün ortaya atılan xülyadır: “Prezident də seçilib, parlament də və onların öz müddəti var, bu müddət də başa çatmalıdır”.
Referendumdan sonra isə prezident İlham Əliyev Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinı müsahibəsində növbədənkənar seçkilərin keçiriləcəyi barədə məlumatları təkzib etdi:

“Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir. Belə plan yoxdur və mən buna zərurət görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki il sonra olmalıdır, ona görə də hələ hansısa qərar vermək üçün tezdir. Əgər mən bugünkü kimi əhalinin dəstəyini hiss etsəm, o zaman əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam”.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla da növbədənkənar seçkilər məsələsinə nöqtə qoyulmuş oldu.
Lakin Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın birinci vitse-prezident postuna təyin olunmasından sonra yenidən bu məsələ gündəmə gətirilib.
İddia olunur ki, ilkin olaraq parlamentin buraxılması nəzərdə tutulur. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Dairə Seçki Komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə başlayıblar. Ehtimal olunur ki, bu proses Milli Məclisin buraxılması ilə bağlıdır.
Ekspertlər hesab edir ki, bu addımln atılması tamamilə mümkündür. Onların fikrincə, Milli Məclisin hazırki tərkibi hakimiyyət daxilində qurulan yeni konfiqurasiyaya uyğun deyil. “Sirr deyil ki, parıament hakimiyyətdəki müxtəlif qrupların təmsilçilərindən ibarətdir. Bu qrupların bəziləri artıq sıradan çıxarılıb. Bəziləri isə zəiflədilib. Birinci vitse-prezident təyinatından sonra komandada yenilənmənin olacağı labüddür. Bu prosesdə Milli Məclisin də buraxılması mümkündür”, – deyə ekspertlər bildirir.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button