2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Milli Mətbuat Günü münasibəti ilə Baş Prokurorluq tədbir təşkil edib

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, habelə Milli Mətbuat Günü münasibətilə iyulun 20-də Azərbaycanın Baş Prokurorluğu tərəfindən təntənəli tədbir təşkil edilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, mərasimdə Baş Prokuror Kamran Əliyev və Baş Prokurorluğun rəhbərliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasından mötəbər qonaqlar, vizual və rəqəmsal media qurumlarının rəhbərləri, müxtəlif ali təhsil ocaqlarında jurnalistika ixtisası üzrə tədris keçən professor-müəllim heyəti, jurnalistlər, eləcə də prokurorluq əməkdaşları iştirak edib.

Tədbir zamanı açılış nitqi ilə çıxış edən Baş Prokuror Kamran Əliyev əsası 148 il əvvəl – 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan bəhs edib.

Həsən bəy Zərdabinin banisi olduğu “Əkinçi”nin qısa müddətdə maarifçi və demokratik ideyaları təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafında böyük rol oynadığını vurğulayan Baş prokuror müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatının daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynadığını qeyd edib.

Nəzərə çatdırılıb ki, milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevlə bağlıdır. Qeyd edilib ki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açıb.

1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsasının qoyulduğunu qeyd edən Baş prokuror bu gün ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafının prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik qayğısı sayəsində ölkəmizdə azad və peşəkar jurnalistikanın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən söz açan Baş prokuror milli mətbuatın inkişafında əməyi olanları təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Tədbir iştirakçıları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında Ulu Öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar “Sən elə bir zirvəsən!..” musiqili-tarixi essesini izləyib.

Sonda xatirə fotoşəkli çəkilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button