2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Milli Müdafiə Universitetinin rektoru Türkiyədə təhsil alan azərbaycanlı kursantlarla görüşüb

Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş Türkiyəyə səfəri davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfərin proqramına uyğun olaraq Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikası Milli Müdafiə Universitetinin tabeiliyindəki xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edib.

Qonaqlar təhsil müəssisələrinin ərazisi, tədris korpusları və maddi-texniki bazasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olublar. Onlara tədris prosesi barədə ətraflı məlumat verilib.

Azərbaycan nümayəndə heyəti Quru Qoşunları Məktəbinin Atış və Təlim Komandanlığında azərbaycanlı kursantlarla görüşüb.

Hərbi qulluqçuların nümunəvi çıxışları izlənilib. Kursantlarla birgə nahar edilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, ziyarət çərçivəsində Azərbaycan nümayəndə heyətini Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri müşayiət edib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button