2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Milli Şura: “Seçkilərin önə çəkilməsi yalnız Əliyevin ailə üzvlərinə məlumdur”

Təşkilat seçkiləri tamaşa adlandırıb və müxalifəti boykota çağırıb

Demokratik Qüvvələrin Milli Şurası gələn il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı dekabrın 19-da bəyanat yayıb.

Milli Şura növbədənkənar seçkilərin heç bir ictimai müzakirə aparılmadan təyin olunmasına diqqət çəkib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirib ki, 2025-ci ilin aprelində keçirilməli olan seçkilərin 1 il 2 ay önə çəkilməsinin səbəbləri yalnız İlham Əliyev və ailə üzvlərinə məlumdur:

Ölkə ictimaiyyəti hökumətdən hələ də aydın bir izahat eşitməyib. İlham Əliyev artıq seçkiləri total şəkildə saxtalaşdırmaqla kifayətlənmir, həm də onların qanunla tənzimlənən müddətinə istədiyi vaxt istədiyi şəkildə müdaxilə edir. O, saxta refendumlarla əlində cəmlədiyi aşırı səlahiyyətlərdən şəxsi və ailə maraqları naminə bu məsələdə də sui-istifadə edir. Onun bu davranışı həm də xalqa olan saymazyana münasibətini ifadə edir”.

Milli Şura hesab edir ki, seçkilər, sadəcə, İlham Əliyevin özünü zəbt etdiyi kürsüyə yenidən təyin etməsindən ibarət bir tamaşa olacaq:

Belə bir tamaşada iştirak xalqa qarşı hörmətsizlik olar və gerçək müxalifət bu seçki tamaşasını boykot etməlidir. Bu mənada Milli Şura özünün təşkilati dayağı olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının bu seçki tamaşası ilə bağlı verdiyi boykot qərarını təqdir edir. Milli Şura həmçinin Müsavat Partiyasının da eyni qərarla çıxış etməsini məmnunluqla qeyd edir”.

Hazırda Azərbaycan seçki havasını yox, növbəti siyasi repressiya dalğasını yaşayır. Guya növbədənkənar seçkiyə gedən İlham Əliyev təkcə bu qərarını elan etdiyi 7 dekabrdan bəri 2 nəfər jurnalist – Teymur Kərimov və Hafiz Babalı, 1 nəfər ictimai fəal – Möhyəddin Orucov və 1 nəfər siyasətçi – Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu həbs olunub. Ümumiyyətlə isə bu ilin əvvəllərindən bəri ölkədə siyasi məhbus sayı 2 dəfədən də çox artıb və hazırda həbsxanalarda 250 nəfərdən artıq siyasi məhbus var”, – deyə bəyanatda qeyd olunur.

Bəyanatda Tofiq Yaqublunun həbsinin Əliyevin 7 fevralda seçkiyə yox, seçkinin imitasiyasına hazırlaşdığına ayrıca bir sübut olduğu vurğulanıb:

Tofiq Yaqublu Azərbaycan müxalifətinin məhək daşlarından biridir. Onu həbs etmək müxalifətin əl-qolunu bir az da bağlamaq, ağzını daha möhkəm yummaqdır. Müxalifətə nəinki bərabər və azad yarış imkanı tanımayan, hətta onun məhrumuyyətlərlə də olsa, həbslərsiz fəaliyyət göstərməsinə dözməyən bir rejimdən gerçək seçki gözləmək olmaz. Ölkədə Tofiq Yaqublunun həbsi ilə daha da ağırlaşan hazırkı vəziyyət bundan ibarətdir ki, İlham Əliyev illərdir məhv edilən azad medianın son qalıqlarını da sıradan çıxarmaqla məşğuldur. O guya seçkiyə hazırlaşdığı bu günlərdə 8 nəfər müstəqil media işçisini uzun müddətə həbs etdirib”.

Milli Şura həmçinin sərbəst toplaşmaq və təşkilatlanmaq azadlıqlarının qadağan edildiyini bildirir:

Müxalifət sonuncu dəfə 2019-cu ildə mitinq keçirə bilib. İndi gerçək müxalifətçilik etmək hökumətin gözündə faktiki qanundan kənar fəaliyyət göstərməyə çevrilib. Hazırda AXCP-nin 10 nəfər üzvü uzunmüddətli həbs cəzaları ilə siyasi məhbus həyatı yaşayır. Gerçək müxalifət təşkilatı kimi fəaliyyət göstərmək imkanları çox ciddi şəkildə məhdudlaşdırılıb, bu məqsədlə xüsusi qanun da qəbul edilib”.

Bəyanatda seçkilərə müxalifətin və başqa maraq qruplarının nəzarət imkanı olmadığı da qeyd edilib:

Seçki komissiyaları tamamilə hökumətin nəzarətindədir. Seçkiləri müşahidə etmək, seçki şikayətlərinə baxmaq mexanizmi mövcud deyil. Uzun illərdir ki, hökm sürən avtoritar rejim seçki institutunu məhv edib, xalqın seçkiyə inamını öldürüb. Xalq çoxdandır ki, rejimin saxta seçki tamaşalarının müşahidəçisinə çevrilib. Milli Şura xalqın öz hakimiyyətini formalaşdırmaq hüququnun təmin edilməsini, azad, ədalətli, etimadlı seçki keçirilməsini tələb edir”.

Milli Şura hakimiyyət dəyişikliyinin yeganə yolu kimi seçkiləri görür və hakimiyyətdən normal seçkilərə imkan yaratmaq tələblərini bundan sonra da davam etdirəcək:

Azərbaycanda, nəhayət, normal seçkilərə nail olmaq üçün həmçinin beynəlxalq birliklərlə də işləməyə davam edəcəyik”.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi NurullayevFuad Əliyev namizədliklərini irəli sürüblər.

AXCPMüsavat isə seçkiləri boykot edəcəklərini açıqlayıblar.

Ümid və Haqq Ədalət partiyaları seçkidə İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button