Siyasət
Minsk qrupunun həmsədrləri İlham Əliyevlə görüşüb
“Basta” Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
***
11: 30
Prezident İlham Əliyev fevralın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.
Bastainfo.com