2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Mixalko: “Aİ ərazilərin minalardan təmizlənməsində Azərbaycana yardımını davam etdirir”

“Avropa İttifaqı ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməkdə davam edir və bu sahədə ən böyük donordur”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Avropa Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) və Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində fəal əməkdaşlıq edir və yeni Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin bağlanması üzərində işi davam etdirir.

“Azərbaycanın bərpa olunan enerji sahəsində böyük potensialı var və Aİ ölkənin enerji sektorunun inkişafına davamlı dəstək verir”, – P.Mixalko bildirib.

O, həmçinin Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və davamlı sülhün təmin edilməsində Aİ-nin dəstəyini qeyd edib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button