2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Miyatoviç polisin Söyüdlüdə etirazı dağıtmasından narahatdır

Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviç (Dunja Mijatović) Gədəbəyin Söyüdlü kəndində ətraf mühitlə bağlı etirazların dağıdılması və iştirakçıların həbsindən narahatlığını bildirib. Bu haqda komissar Daxili işlər naziri Vilayət Eyvazova məktubunda yazıb. Məktub iyulun 24-də yayılıb.

Komissar yazıb ki, polisin etirazçılara qarşı qeyri-mütənasib gücdən və çevik polis qüvvələrindən istifadə etməsi ciddi insan haqları məsələlərinə yol açır. Miyatoviç hüquq-mühafizə orqanlarının hesabatlılığını təmin etməyin, aksiyalara cəlb olunan polis əməkdaşlarının hamısına insan haqları standartları üzrə adekvat təlim keçməyin vacibliyini qeyd edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu etirazların dinc xarakterli olmasını nəzərə alaraq, komissar dinc etirazların dağıdılmasının hüquqi bazası və əsaslandırmasına dair izahat istəyir.

Miyatoviç etirazlardan sonra Söyüdlü kəndinə girişə məhdudiyyətlərin qoyulduğunu vurğulayır. Bütün bunların “yerli sakinlərin insan haqları, o cümlədən hərəkət azadlığı və şəxsi həyata sayqı ilə bağlı ciddi narahatlığa yol açdığını” yazır. Sözügedən tədbirlərin müstəqil jurnalistlərin, insan haqları müdafiəçiləri və vəkillərin legitim işini xeyli məhdudlaşdırdığı qeyd olunur. Miyatoviç bu tədbirlərin hüquqi əsaslarına, onların insan haqları standartlarına – ifadə azadlığı, sərbəst toplaşma, ictimai işlərdə iştirak, azad məhkəmə təminatı hüquqlarına uyğunluğu haqda informasiya istəyir.

Komissarın məktubda yazdıqlarına daxili işlər nazirinin mövqeyi bəlli deyil.

Azadlıq radiosu

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button