2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

MM yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarına cəlb edən valideynlərin cəzalandırılmasını ilk oxunuşda təsdiqləyib

Azərbaycanda yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb edən valideynlər cəzalandırılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, bununla bağlı “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna dəyişiklik təklif olunur.

Parlamentin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılan dəyişikliklə qanunun 17.2.2-ci maddəsində “cinayət əməllərinə və ya fahişəliyə” sözləri “cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə” sözləri ilə əvəz edilir.

Belə ki, təklif olunan dəyişikliklə daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görəcəklər.

Qanunun hazırkı variantı isə belədir: “Daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayət əməllərinə və ya fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görürlər”.

Müzakirələrdən sonra dəyişiklik layihəsi ilk oxunuşda təsdiqlənibş

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button