Cəmiyyət
MN: Ordumuzun Tağaverd istiqamətində atəş açması yalandır

Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni sosial şəbəkələrində yayılan xəbərə münasibət bildirib.
MN-nin məlumatında deyilir:
“Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır”.
You must log in to post a comment.