2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Moskva: Azərbaycan və Ermənistanın sülh sazişinə başqaları qarışmamalıdır

Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanma yerini və vaxtını özləri müəyyən edəcəklər.

Toplum TV xəbər verir ki, bunu dekabrın 30-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məsələ barədə başqa ölkələrin Bakı və Yerevanın yerinə qərar vermək hüququ yoxdur.  

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, Qaluzin xatırladıb ki, Rusiya Cənubi Qafqazda baş verənlərə laqeyd baxa bilməz, region tarixən Rusiya dövləti ilə bağlıdır.  

“Rusiya Federasiyası Cənubi Qafqazda və dünyada yeganə ölkədir ki, həm Azərbaycan, həm də Ermənistanla müttəfiqlik münasibətləri saxlayır”, – diplomat qeyd edib.

 Qaluzin açıqlamasında həmçinin vurğulayıb ki, Cənubi Qafqaz regionunun taleyini onun daimi sakinləri müəyyən etməlidir. Onun fikrincə, onlardan başqa heç kim davamlı sülh və sabitliyə yol aça bilməz.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button