2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Moskvada “Dağ Yəhudiləri İttifaqı”nda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə kitab təqdimatı keçiriləcək

Oktyabrın 18-də Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycanın Rusiyadakı Gənc Diplomatlar İttifaqının və “Alef” yəhudi hərəkatının sədri Abram İxiilovun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Kiçik xalqın böyük yolu. Dağ yəhudiləri Azərbaycanda” kitabının təqdimat mərasimi keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Rusiya bürosunun məlumatına görə, tədbir “Dağ Yəhudiləri İttifaqı” regional ictimai təşkilatının binasında keçiriləcək.

Təqdimatda tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, Heydər Əliyev Fondunun və STMEGI fondunun Rusiyanın Azərbaycan Gəncləri İttifaqının (AMOR), “Alef” yəhudi hərəkatının, Azərbaycanın Rusiyadakı Gənc Diplomatlar İttifaqının nümayəndələri iştirak edəcəklər.

Həmçinin təqdimat zamanı beynəlxalq əməkdaşlığın perspektivləri və şəxsiyyətin tarixin inkişafına təsirinin fəal müzakirəsinın aparılması planlaşdırılır.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button